"Tesla" 817 min 143 avtomobili geri çağırıb - Maşında nasazlıq var

15:37 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Amerikanın elektrikli avtomobil nəhəngi "Tesla" 817 min 143 avtomobili geri çağırır.

ABC.AZ-ın məlumatına görə, avtomobillərin geri çağırılma səbəbi təhlükəsizlik kəməri səsli xəbərdarlıq sistemindəki nasazlıq olub.

Şirkət problemin proqram təminatının təhlükəsizlik xətası ilə bağlı olduğunu bildirib.

Qeyd olunub ki, 2021 və 2022-ci il Model S və Model X modellərində təhlükəsizlik kəməri bağlanmadığı zaman da səsli xəbərdarlıq yaranır.

"Tesla" problemi həll etmək üçün proqram yeniləməsi aparacağını qeyd edib.