Kiyevdən Gəncəyə uçuşlar olacaq - Bu tarixdən

11:59 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Ukraynanın “Bees Airline” aşağı büdcəli aviaşirkəti 2022-ci ilin yay naviqasiyasında Kiyevdən Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkət hələ bilet satışına başlamasa da, artıq sözügedən istiqamət üzrə uçuşlara başlamaq üçün hazırlıq işləri görür.

“Bess Airline” Ukrayna Dövlət Aviasiya Xidmətindən Kiyevdən Gəncəyə həftədə iki dəfə müntəzəm uçuş həyata keçirmək hüququ əldə edib.