10:35 - 4.02.2022
4 fevral, Fineko/abc.az. Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4,5-ci kilometrliyində Ağsuçay üzərində asma körpü inşa edilir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Agentlik rəsmisi qeyd edib ki, hazırda yolun həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 kilometridir ki, burada sürüşməyə qarşı tədbirlər görülür, svay istinad divarları, eləcə də drenaj sistemlərinin tikintisi və mühəndis işləri aparılır.
İnşa edilən körpünün gəliş-gediş yanaşma yollarında da işlər aparılır.
Körpüdən sonra tunel olmalıdır. Həmin tunelin giriş hissəsində də müəyyən işlər görülməkdədir.