“Azəri Med”-ə qarşı iddia - Gömrük qanunvericiliyini pozub

16:02 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Tanınmış tibb firması “Azəri Med” barəsində məhkəmə iddiası qaldırılıb.

ABC.AZ xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Azəri Med” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.

Şirkətdən bildirilib ki, bu nadir halda baş verən bir xətadır. “Azəri Med” rəsmisi problemin daşıma şirkətinin məsuliyyətsizliyi ucbatından irəli gəldiyini iddia edib.