16:02 - 27.04.2018
27 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsi haqqında elan edib.
AMB-dan verilən məlumata əsasən, hərrac 30 aprel 2018-ci il tarixində “Bloomberg” ticarət platformasında keçiriləcək.
“Hərrac vasitəsi ilə 8,01% – 10,99% dərəcə ilə 350 milyon manat cəlb etmək planlaşdırılır. Vəsaitər 14 günə cəlb olunacaq”, - məlumatda belə deyilir.
AMB depozit hərraclarını 13 iyun 2016-cı il tarixindən etibarən keçirir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026