"Ağsaray Residence" MTK barədə məhkəmə iddiası qaldırıldı

12:16 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Tanınmış tikinti şirkəti "Ağsaray Residence" Mənzil-Tikinti Kooperativi barəsində məhkəmə iddiası qaldırılıb.
ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

"Ağsaray Residence" rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( idxal bəyannaməsinin verilməməsi) maddəsinin tələblərini pozub. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Ağsaray Residence” Ağ Şəhər kompleksində yerləşir və premium mənzillər təklif edən şirkət kimi tanınır.