15:40 - 28.01.2022
28 yanvar, Fineko/abc.az. “Buta Airways” fevral ayında Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir.
ABC.AZ xəbər verir ki, “Buta Airways” aviaşirkəti Bakıdan Mineralnıye Vodı şəhərinə birbaşa reysləri bərpa edir.
Aviadaşıyıcı fevralın 6-dan uçuşları həyata keçirəcək.
Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, bundan əvvəl, 2021-ci ilin may ayının sonundan 2022-ci ilin yanvar ayına qədər Mineralnıye Vodı şəhərinə uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilirdi.
Biletlərin dəyəri 29 avrodan başlayır.
18 Avqust 2026