16:31 - 21.01.2022
21 yanvar, Fineko/abc.az. Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.
ABC.AZ-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
Nəsimi rayonunda yerləşən mənzil;
Nərimanov rayonunda yerləşən mağaza;
Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;
Xətai rayonunda yerləşən fərdi yaşayış evi;
Monteneqroda yerləşən mənzil.
Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib.