11:05 - 14.01.2022
14 yanvar, Fineko/abc.az. Ötən gecədən başlayaraq Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayon daxili yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.
ABC.AZ APA-ya istinadən xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkətdə çətinlik yaradıb, gecədən səhərədək 50-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olublar.
Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.
Qeyd edək ki, İsmayıllı və Şamaxı rayonlarına 15-20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25-30 santimetr hündürlüyündə qar yağıb.
Hazırda yağıntı davam edir.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026