17:26 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları" QSC müəyyən yüklərin daşınması üçün tətbiq olunan güzəştləri ləğv edib.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları”ndan Report-a bildirilib.
Məlumata görə, COVID-19 pandemiyası qlobal iqtisadiyyata və ictimai həyatın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Qlobal enerji bazarlarında yaşanan iqtisadi gərginlik, “Azərbaycan Dəmir Yolları”ndan da yan keçməyib.
"Nəzərinizə çatdıraq ki, dəmir yolu ilə yük daşımada mövcud tariflər sabit qalıb, lakin müəyyən yüklərin daşınmasına edilən güzəştlər ləğv olunub. Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə müqavilələri olan ekspeditor şirkətlərinə normativ sənədlərə uyğun olaraq bu barədə öncədən xəbərdarlıq edilib" - QSC-dən bildirilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026