10:16 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. “Tesla” şirkəti ötən ili çox ciddi artımla başa vurub.
ABC.AZ-ın məlumatına görə, şirkət ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb. Müqayisə üçün qeyd edək ki, bu, 2020-ci ilin satışlarından 87 faiz çoxdur.
Bu rəqəm indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
Qeyd edək ki, şirkətin sahibi İlon Maskdır.
Onun bununla yanaşı “SpaceX” kimi nəhəng kompaniyası da var.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026