11:23 - 30.12.2021
30 dekabr, Fineko/abc.az. İranın Naxçıvandakı Baş konsulu Seyid Əhmad Hüseyni “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev görüşüb və Naxçıvan-Məşhəd qatarının açılması ilə bağlı lazımi addımların atılması barədə müzakirələr aparılıb.
Bu barədə İran mətbuatı xəbər yayıb.
Baş konsul görüş zamanı regional kommunikasiyaların əhəmiyyətinə toxunub və əlavə edib ki, Naxçıvandan Məşhəd qatarının işə salınması bu istiqamətdə irəliləyiş üçün bir başlanğıc ola bilər.
Həmçinin, görüşdə İranın Qafqaz regionu ilə dəmir yolu sahəsindəki əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, 2016-cı ildə Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayıb. Lakin koronavirus pandemiyanın yayılması ilə qəbul edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində bu qatarın fəaliyyəti dayandırılıb.
© Report
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026