Türkiyəni Qafqaza birləşdirəcək yeni yol açılır - Foto

10:55 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli bu gün istifadəyə veriləcək.

ABC.AZ-ın məlumatına görə, sözügrdən tunel “Pirinkayalar"dır.

Tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında çıxış edəcək. 2 246 metr uzunluğunda olan yeni tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək.

Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.