10:22 - 24.12.2021
24 dekabr, Fineko/abc.az. 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyənin “BMC” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib.
Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, müasir sərnişindaşıma tələblərinə tam cavab verən və “Avro 6” standartına uyğun avtobusların hamısı 12 metrlikdir.
Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026