10:15 - 17.12.2021
17 dekabr, Fineko/abc.az. Yeni ildən etibarən Mahaçqala-Bakı-Mahaçqala müntəzəm sərnişin aviareysi üzrə uçuşlar bərpa olunacaq.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkəti Mahaçqaladan Bakıya uçuşlarını 2022-ci il yanvarın 1-dən bərpa edəcək.
Uçuşlar hər həftənin şənbə günləri "Boeing-737-800" təyyarələri ilə həyata keçiriləcək.
Mahaçqaladan uçuş yerli vaxtla saat 16:00-da, Bakıdan isə saat 18:55-də yerinə yetiriləcək.