Qətərlə əməkdaşlıq başlayır? - KOBİA sədri Dohada

10:34 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Qətərə səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentlyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bir sıra görüşlər keçirib.

KOBİA-dan ABC.AZ-a daxil olan məlumata görə, Qətər Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar ilə görüşdə potensial əməkdaşlıq imkanlarına, qarşılıqlı ticarət və biznes missiyalar təşkil etməklə sahibkarlar arasında əlaqələrin genişləndirilməsinə, KOB-ların ticarət əlaqələrinin inkişafı üçün yeni platformaların yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin, KOBİA nümayəndələri Qətərdə sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.