Mərkəzi Bank “Günay Sığorta”nı qalib etdi

12:21 - 25.11.2021


25 noyabr, Fineko/abc.az.  Mərkəzi Bank balansında olan nəqliyyat vasitələrinin sığortasına dair elan etdiyi açıq tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tender üzrə “Günay Sığorta” ASC qalib elan edilib. Qalib sığortaçı ilə müvafiq satınalma müqaviləsi imzalanıb.