16:09 - 2.11.2021
2 noyabr, Fineko/abc.az. Əgər 2017-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı 10 minə yaxın iş qaldırılırdısa, bu gün həmin say demək olar üç dəfəyə qədər aşağı düşüb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Filialın icraatında, təxminən, 1500-1700 iş var: “Bütün işlərdə iştirak təmin olunur. Adətən, vətəndaş hüquqlarını başa düşdükdə sonrakı mərhələdə şikayət verilmir. Hər bir halda məhkəmə qərarında hər iki tərəfin iştirakı təmin olunaraq obyektiv qaydada baxılır”.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026