Telekanallara xəbərdarlıq edildi - Səbəb

14:35 - 2.11.2021


2 noyabr, Fineko/abc.az.  Milli Televiziya və Radio Şurası televiziya kanallarına xəbərdarlıq edib.

ABC.AZ xəbər verir ki, bu gün Şurada ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib. 

Görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılıb. Şura sədri İsmət Səttarov bildirib ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır.