17:04 - 13.04.2018
13 aprel, Fineko/abc.az. Aprelin 14-də Bakıda və Abşeronda hava buludlu olacaq, səhər və axşam saatlarında arabir yağış yaşacağı ehtimal edilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə müsbət 7-9, gündüz müsbət 12-15, Bakıda gecə müsbət 7-9, gündüz müsbət 12-14 dərəcə təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə müsbət 6-11, gündüz müsbət 13-18, dağlarda gecə müsbət 1-6, gündüz müsbət 7-12 dərəcə isti təşkil edəcək.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026