14:22 - 1.11.2021
1 noyabr, Fineko/abc.az. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinə görə rüsumların yeni qiymətləri müəyyənləşib.
ABC.AZ-ın məlumatına görə, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq rüsumun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
Bakı şəhəri üzrə - 1;
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və
Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
Digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026