İranda geyimlər kəskin bahalaşıb

09:53 - 1.11.2021


1 noyabr, Fineko/abc.az. İranda geyimlərin qiymətində kəskin bahalaşma qeydə alınıb. ABC.AZ-ın məlumatına görə, bunu İran Geyim İstehsalçıları və Satıcıları Birliyinin İdarə Heyətinin üzvü Məcid İftixari deyib. O mediaya açıqlamasında bildirib ki, qış geyimlərinin qiymətində keçən illə müqayisədə 40%-lik artım var. O, habelə deyib: "Bu qiymət artımı daha çox yerli xammalı olan parçalarda nəzərə çarpıb. Bu vəziyyətin yaranmasına səbəb kimi isə Sənaye, Mədən və Ticarət Nazirliyinin bu materialların bir hissəsinin idxalını məhdudlaşdıran qərarları göstərilir". Müəllif: Elmir Murad