10:15 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. Dünyanın ən varlı adamı Ceff Bezosun rəhbəri olduğu “Amazon”un son üç ayda xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.
ABC.AZ-ın məlumatına görə, bu şirkətin maliyyə hesabatlarında öz əksini tapıb.
Qeyd edək ki, ötən rübdə (iyul-sentyabr) şirkətin xalis mənfəəti cəmi 3,2 milyard dollar olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 6,3 milyard dollar təşkil etmişdi.
Əməliyyat gəlirləri də 6,2 milyard dollardan 4,9 milyard dollara qədər əhəmiyyətli dərəcədə azalıb.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026