Alüminiumun qiyməti azala bilər - Detallar

11:38 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Alüminiumun qiymətləri kəskin aşağı düşə bilər.

ABC.AZ-ın məlumatına görə, buna səbəb kimi Çinin ən yüksək planlaşdırma təşkilatının kömür satış qiymətlərinə məhdudiyyət tətbiq edəcəyi ilə əlaqədardır.

Belə ki, kömür qiymətlərinin düşməsilə əlaqədar olaraq sərmayəçilər alüminium üçün istehsal xərclərinin də düşəcəyini gözləyirlər.

Məhz bu səbəbdən alüminiumun qiymətləri də azala bilər.

Müəllif: Elmir Murad