17:26 - 26.10.2021
26 oktyabr, Fineko/abc.az. Facebook iyul-sentyabr dövrünə aid maliyyə vəziyyətini açıqlayıb.
ABC.AZ xəbər verir ki, şirkətin üçüncü rübdə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 35% artımla 29 milyard dollar təşkil edib.
Belə ki, Facebook 2020-ci ilin eyni dövründə 21,5 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdə Facebook-un əldə etdiyi gəlir proqnozdan aşağı olub.
Belə ki, şirkətin üçüncü rübdə 29,6 milyard dollarlıq gəlir açıqlayacağı təxmin edilirdi.
Şirkətin xalis mənfəəti üçüncü rübdə 17% artımla 9,2 milyard dollara yüksəlib.
Facebook, 2020-ci ilin iyul-sentyabr dövründə 7,8 milyard dollar xalis mənfəət əldə etmişdi.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026