11:42 - 13.10.2021
13 oktyabr, Fineko/abc.az. Rusiyada bahalaşma səbəbindən əhaliyə əlavə dəstək veriləcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı prezident Vladimir Putin əhaliyə əlavə dəstək tədbirlərinin hazırlanması üçün hökumətə göstəriş verib.
Belə ki, tapşırığa əsasən hökumət 1 ay ərzində əhalini qiymət artımından qorumaq üçün sosial dəstək tədbirlərinin layihəsini prezidentə təqdim etməlidir.
"Bu il Rusiyada qiymət artımı hökumətin planlaşdırdığı 5,8%-dən artıq olacaq. Rusiya iqtisadiyyatı demək olar ki, pandemiya böhranından əvvəlki vəziyyətinə qayıda bilib, amma yüksək inflyasiya əhalinin rifahına mənfi təsir edir" deyə Putin qeyd edib.
Müəllif: Elmir Murad
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026