11:57 - 6.10.2021
6 oktyabr, Fineko/abc.az. Çinin bir sıra avtomobil markalarının Azərbaycandakı distribyutoru "Sirena" MMC "Atasığorta" ASC-ni məhkəmə verib.
Bu barədə ABC.AZ renkinq.az-a istinadən xəbər verir ki, iddiaya səbəb sığorta müqaviləsindən irəli gələn öhdəlikləri üzrə mübahisələrdir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Zeynəb Axundovadır.