Kəlbəcər balı Bakıda yarmarkada satışa çıxarılacaq

10:36 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən növbəti bal yarmarkasında Kəlbəcər balı da satışa çıxarılacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə bal satışı ilə məşğul olan sahibkarlar bildirib.

Onlar qeyd edib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini Bakıda keçiriləcək bal yarmarkasına çıxaracaqlar.

"Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət baxımından da Kəlbəcər balının keyfiyyəti yüksəkdir” deyə sahibkarlar bildirib.