16:54 - 16.09.2021
16 sentyabr, Fineko/abc.az. 2021-ci ildə Rusiyada şirə istehlakı 2020-ci ilin səviyyəsində proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Şirələr, Su və İçkilər İstehsalçıları Birliyinin açıqlamasında deyilir.
Sözügedən proqnoz təxminən 2,3 milyard litr deməkdir.
Açıqlamada bildirilir ki, 2020-ci ilin sonuna Rusiyada meyvə məhsullarının ümumi istehlakı 2,3 milyard litr təşkil edib.
"Cari ilin məlumatları göstərir ki, 2021-ci ildə göstəricilər təxminən eyni səviyyədə qalacaq", - məlumatda deyilir.