10:47 - 15.09.2021
15 sentyabr, Fineko/abc.az. Bakıda hündürmərtəbəli binaların üzərində yerləşdirilmiş reklam daşıyıcılarının söküntüsünə başlanıb.
ABC.AZ-ın məlumatına görə, artıq bir neçə gündür 20 yanvar ərazisində, Yusif Səfərov, Nizami küçəsində (Tarqovı) və Bakının müxtəlif yerlərində şəhərin vizual görüntüsünü korlayan iri monitorların yerləri boş görünür.
Məlum vəziyyətlə bağlı Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri açıqlamasında bildirib ki, reklam monitorlarının sökülməsi ilə bağlı adiyyəti üzrə araşdırma başlayıb və bitdikdən sonra bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, hündürmərtəbəli binalarla yanaşı, körpülərin, metroların üzərində yerləşdirilmiş reklam daşıyıcılarının sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026