Bu ölkənin alüminium ixracı kəskin artdı

11:18 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. Rusiyanın alüminium ixracı dəyər ifadəsilə 2021-ci ilin iyul ayında bu ilin iyun ayı ilə müqayisədə 9 dəfəyə yaxın artaraq 7,4 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, fiziki baxımdan alüminium ixracı 8 dəfə artıb.

Bununla da ixrac 3.01 milyon tona çatıb. Avqustun 1-dən etibarən Rusiya qara və əlvan metalların, eləcə də metallurgiya məhsullarının Avrasiya İqtisadi Birliyi xaricinə ixracına görə rüsumlara tabedir.

Rüsumlar 31 dekabr tarixinə qədər qüvvədə olacaq.