Azərbaycanın bu ixracı 3 faizdən çox azalıb - Hesabat

11:52 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 364,7 mln. ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayında deyilir.

Belə ki, sözügedən sayda göstərilir ki, ötən ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində bu ilin səkkiz ayında ölkənin meyvə-tərəvəz ixracı təxminən 3,1% azalıb.

Qeyd edək ki, meyvə-tərəvəz ixracı qeyri-neft sektoru üzrə ixracın əsas payını – təxminən 23%-ni təşkil edib.