11:04 - 7.09.2021
7 sentyabr, Fineko/abc.az. Neft qiymətlərinin bir barel üçün 100 ABŞ dollarından çox olması aşağı gəlirli layihələrə investisiyaları stimullaşdıra və bununla da bazarın "çökməsinə" səbəb ola bilər.
ABC.AZ-ın məlumatına görə, bunu Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Kommersant"a müsahibəsində bildirib.
V.Ələkbərov qeyd edib ki, neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı olması heç də yaxşı nəsə vəd etmir.
"Çünki bu, aşağı gəlirli, aşağı effektli layihələrə investisiyaları stimullaşdıra və daha sonra artıq keçdiyimiz vəziyyətə – bazarın çökməsinə səbəb ola bilər. Neftin 65-75 dollar civarında olan qiymətləri istehlakçılar üçün komfortludur və "OPEC+" razılaşması iştirakçıları hasilat həcmini tənzimləyərək bu səviyyəni qorumağı hədəfləyir , - deyə V. Ələkbərov qeyd edib.
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026