Avropada qazın qiyməti bahalaşdı - 654 dollar oldu

17:10 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. Avropada qazın qiyməti 1000 kubmetr üçün 650 dollar həddini aşıb.

ABC.AZ-ın məlumatına görə, dünyada qazın qiymətindəki artım bir qədər yavaşlayıb.

Buna baxmayaraq Avropada qazın qiyməti artmaqda davam edir.

Belə ki, sentyabrın 6 -da fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 654,1 dollara çatıb.

Müəllif: Elmir Murad