Rusiyanın enerji ixracı kəskin azalacaq – Bədbin proqnoz

12:28 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. "Sberbank" enerjiyə keçid səbəbindən 2035-ci ilədək Rusiyanın enerji ixracının 179 milyard ABŞ dolları azalacağını proqnozlaşdırır.

ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə "Sberbank"ın rəhbəri Qerman Qref açıqlama verib.

Bankın araşdırmasına görə, 2050-ci ilə qədər azalma 192 milyard dollar təşkil edəcək: "Əlbəttə ki, söhbət yanacağın enerji mənbələri şəklində birbaşa istifadəsindən gedir. Əgər Rusiya qaz və neft kimyası texnologiyalarını daha ekoloji cəhətdən təmiz sistemlərə çevrə bilsə, digər rəqəmlər görmək mümkün olacaq".