12:16 - 3.09.2021
3 sentyabr, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan gətirilən 18,7 ton nektarin partiyasına fitosanitar nəzarəti zamanı qonur monilioz çürük (Monilinia fructicola) aşkarlanıb.
ABC.AZ xəbər verir ki, meyvələrdə monilioz çürüyünün olması Dağıstan şöbəsinin laboratoriya rəyi ilə təsdiqlənib.
Bununla bağlı Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq tədbirlər görülüb və mallar Azərbaycana geri qaytarılıb.
17 Avqust 2026
15 Avqust 2026