17:28 - 1.09.2021
1 sentyabr, Fineko/abc.az. Azərbaycanın internet bazarında bu ilin avqust ayında “Google Chrome” brauzerinin payı 78.79 faiz təşkil edib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Global Stats” statistika mərkəzinə görə, cari ilin iyul ayı ilə müqayisədə “Google Chrome” brauzerinin payı 0.09% artıb.
“Yandex Browser” brauzerinin bazar payı 1.31% təşkil edib ki, iyun ayı ilə müqayisədə bu göstərici 0,09% artıb.
Bunun əksinə “Samsung Internet” brauzerinin payı 5.09%-ə bərabər olub ki, iyul ayı ilə müqayisədə bu göstərici də 0.06 faiz azalıb.