10:09 - 1.09.2021
1 sentyabr, Fineko/abc.az. Bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.
ABC.AZ-ın məlumatına görə, bu Operativ Qərargahın qərarına əsasən həyata keçirilir.
Belə ki, Operativ Qərərgah sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslərin aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilməsi barədə qərar verib.
- ictimai iaşə müəssisələrində;
- mehmanxanalarda;
- iri ticarət mərkəzlərində.
12 Avqust 2026