Azərbaycanda pambıq ixracı artıb

12:20 - 23.08.2021


23 avgust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycan 2,883 milyon ABŞ dolları dəyərində pambıq idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,574 milyon ABŞ dolları (16,6 %) azdır.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verir.

Qeyd olunur ki,yeddi ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 166,219 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 81,632 milyon ABŞ dolları (96,5 %) çoxdur.

Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,05 %-ni, ixrac isə ümumi ixracın 1,46 %-ni təşkil edib.