11:54 - 18.08.2021
18 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycanda magistral neft kəmərləri ilə 20 366,1 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3% azdır.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, yanvar-iyul aylarında kəmər vasitəsilə 15 244,4 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% az).
Hesabat dövrü ərzində BTC kəməri ilə 1 918,1 min ton tranzit nefti də (20,7% az) nəql edilib.
Qeyd edək ki, BTC-nin ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026