10:50 - 18.08.2021
18 avgust, Fineko/abc.az. 2021-ci ilin yanvar- iyul aylarında Azərbaycanda 5 milyard 271 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,6 % çoxdur.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 8,5 % artaraq 2 milyard 734,3 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,6 % artaraq 2 milyard 536,7 milyon manat təşkil edib.
30 İyul 2026
29 İyul 2026