İdxal əməliyyatlarının ən yüksək göstəricisi apreldə qeydə alınıb

17:15 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Bu il Azərbaycanda ən çox idxal əməliyyatları apreldə aparılıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi apreldə, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, apreldə idxal əməliyyatlarının dəyəri 998,7 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yeddi ayında idxalın dəyəri 6 milyard 297,9 milyon dollar olub.