16:36 - 17.08.2021
17 avgust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 295,506 mln. ABŞ dolları təşkil edib. Bu isə 2020-ci ilin analoji dövrü ilə müqayisədə 37,7% azdır.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadla xəbər verir ki, 7 ayda Azərbaycanın ABŞ-a ixracı kəskin artaraq (3,5 dəfə) 33,729 mln. dollara çatıb. İdxal isə illik müqayisədə 43,6% azalaraq 261,777 mln. dollara enib.
Qeyd edək ki, bu ilin ilk yeddi ayında Azərbaycanın ABŞ ilə ticarətində 228,049 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2 dəfə azdır.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026