12:17 - 11.08.2021
11 avgust, Fineko/abc.az. Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları azalıb.
API-nin proqnozlarına istinadən verilən məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 816 min barel azalaraq təqribən 438 408 min barel təşkil edib.
Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 1 050 min barel azalacağını gözləyirdi.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
©APA
19 Avqust 2026
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026