10:01 - 11.08.2021
11 avqust, Fineko/abc.az. Ötən sessiyada kəskin artımdan sonra, etalon markaların qiymətləri çərşənbə günü ticarətində enir.
Saat 9:25 –də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,15 (0,21%) ucuzlaşaraq bir barelə $70,48 təşkil edib. Avqustun 10-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $1,59 (2,30%) qalxaraq bir barelə $70,63 təşkil edib.
Saat 9:25-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti $0,18 (0,26%) enərək bir barelə $68,11 təşkil edib. Avqustun 10-da baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $1,81 (2,72%) artaraq bir barelə $68,29təşkil edib.
18 Avqust 2026