10:12 - 10.08.2021
10 avqust, Fineko/abc.az. Ötən sessiyanın nəticələrində düşdükdən sonra, etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində yüksəlir.
Saat 8:45 –də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,31 (0,45%) bahalaşaraq bir barelə $69,35 təşkil edib. Avqustun 9-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $1,66 (2,35%) azalaraq bir barelə $69,04 təşkil edib.
Saat 8:45-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti $0,47 (0,71%) yüksələrək bir barelə $66,95 təşkil edib. Avqustun 9-da baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $1,80 (2,64%) düşərək bir barelə $66,48 təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
14 Avqust 2026