15:27 - 9.08.2021
9 avqust, Fineko/abc.az. “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini “BBB-“ səviyyəsində təsdiqləyib.
Bu barədə ABC.AZ report-a istinadla xəbər verir.
Məlumata görə, agentlik açıqlamasında qonşu ölkənin paytaxtı Moskvaya xüsusi diqqət yetirib, bu şəhərin ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyətə malik olduğunu, ümumi daxili məhsulun 20%-ni təmin etdiyini bəyan edib.
“Moskva iqtisadiyyatı yüksək dərəcədə şaxələnməsi ilə xarakterizə olunur. Paytaxtın əhalisi artmaqda davam edir, işsizlik səviyyəsi isə getdikcə azalıb. Bu il avqustun 1-nə işsizlər əmək qabiliyyətli əhalinin cəmi 0,55%-ni təşkil edib”, – deyə S&P qeyd edib.
Bu il Rusiya iqtisadiyyatının artım tempini 3,7% səviyyəsində qiymətləndirən agentlik hesab edir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin məhdudiyyətləri götürüldükdən sonra ölkədə, xüsusilə paytaxtda nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə ediləcək.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026