11:36 - 2.08.2021
2 avqust, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən iyulun 1-dək təqribən 567 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
ABC.AZ Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir ki, AÇG-dən 535 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb.
Qeyd olunur ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 1 iyul tarixinədək təqribən 567 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
17 Avqust 2026
15 Avqust 2026