12:05 - 16.07.2021
16 iyul, Fineko/abc.az. Çinin iri smartfon istehsalçısı Xiaomi bu ilin ikinci rübündə dünya bazarında mövqeyini möhkəmləndirərək "Apple"ı da geridə qoyub.
ABC.AZ xəbər verir ki, sözügedən Çin şirkəti qlobal smartfon bazarında 17% payla ikinci yerə yüksəlib.
Lider isə yenə də 19% payla Cənubi Koreyanın Samsung şirkətidir.
Araşdırmalara görə, Xiaomi sürətlə inkişaf edərək, Latın Amerikasında satışları 1 il ərzində 300%, Avropada isə 50% artırıb. Qlobal bazarda isə ümumi artım 83% olub. Müqayisə üçün - Samsungda bu artım 15%, Apple-da isə cəmi 1% təşkil edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026