10:58 - 28.03.2018
28 mart, Fineko/abc.az. “AccessBank” əlaqədar şirkətləri tenderdə iştirak etməyə dəvət edir.
Bankın məlumatında deyilir ki, elan edilmiş tenderin predmeti, POS-terminalların satın alınmasıdır.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər, [email protected] elektron ünvana və ya (+994 55) 201 07 98 nömrəsi ilə müraciət etməklə ətraflı məlumat əldə edə bilər.
Qiymət təklifləri ilə zərflərin təqdimatının yekunlaşacağı tarix: 5 aprel 2018-ci il tarixidir.